Heç bir ərazi itkisi yoxdur - Müdafiə Nazirliyindən AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Heç bir ərazi itkisi yoxdur - Müdafiə Nazirliyindən AÇIQLAMA

“İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”.

Publika.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənin fəaliyyətinin qarşısının alınması məqsədi ilə adekvat cavab tədbirləri görülüb: “Düşmən tərəfi təxribatının davamını gətirmək məqsədi ilə mövqelərimizə hücum etməyə cəhdi göstərib. Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun bölmələri hazırda əvvəllər durduqaları mövqedədirlər və düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm