Nida Xəbər
Hikmət Hacıyev: Ehtiyac olarsa, onlar orduya çağırıla bilərlər"
Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir.
Publika.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib
Onun sözlərinə görə, Azərbaycan Ordusu təxribata cavab verir:
"Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir. Ermənistanın işğal etdiyi torpaqlar azad edilməlidir. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmədiyindən bu təxribatlar davam edir.
Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıb. Həmin şəxslər də layiqli cavab verəcəklər. Azərbaycan gəncləri orduya getmək üçün şüarlar səsləndiriblər. Bildirim ki, Azərbacan Ordusu tam komplektləşdirilib və düşmənə lazımi cavab verir. Ermənistanda orduya olan inam aşağı səviyyədədir, orda şəxsi heyətin komplektləşdirilməsində problem var. Hətta Ermənistan ordusunda muzdlu şəxslər xidmətə cəlb edilir.
Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir. Dövlət başçısı bəyan etdi ki, kim istəyirsə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər, orada təlimlərə cəlb edilə bilər. Əgər ehtiyac olarsa, xidmət onları komplektləşdirə bilər. Bu prosesdə möhtəşəm bir sistem qurulub. Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir. Əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər".
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı