Mir Şahin “Xainlər”i göstərəcək - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Mir Şahin “Xainlər”i göstərəcək - - VİDEO

Real TV-nin rəhbəri Mir Şahin Ağayevin müəllifi olduğu “Xainlər” adlı film 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış qarışıq siyasi vəziyyətdən istifadə edərək ölkəni parçalamağa çalışan qüvvələrə həsr olunub.

Filmdə 1993-cü ildə Əlikram Hümbətov adlı separatçının cənub bölgəsinin bir hissəsini Azərbaycandan ayırmaq və ölkəni parçalamağa hesablanmış xain planlarından bəhs edilir.

Sözügedən filmdə yalnız həmin dövrə aid deyil, hələ də bu separatçı qrupun arzu və niyyətlərini davam etdirən, xaricdə yaşayan və birbaşa erməni xüsusi xidmət orqanlarının əmri ilə fəaliyyət göstərən şəxslərlə bağlı real faktlar öz əksini tapıb.

Qeyd edək ki, “Xainlər” filmi tezliklə REAL TV-də yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm