Azərbaycanın mülki əhalisinin hədəfə alınması müharibə cinayətidir - XİN
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın mülki əhalisinin hədəfə alınması müharibə cinayətidir - XİN

Azərbaycanın mülki əhalisinin və mülki infrastrukturun hədəfə alınması Ermənistanın məsuliyyət daşıdığı müharibə cinayətləridir.

Bu sözləri Ermənistan Respublikası tərəfindən sentyabrın 27-dən Azərbaycan Respublikasının mövqelərinə qarşı bütün cəbhəboyu başladılan hücum, yeni təcavüz aktı və bu təcavüz nəticəsində mülki əhaliyə qarşı törədilən cinayət hadisələri ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə bəyanatının təqdimatı ilə bağlı keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva bildirib: “Biz Ermənistanın bu müharibə cinayətlərini qətiyyətlə qınayırıq və mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutaraq onları qorxu içində saxlamaq cəhdlərinə son verməsini tələb edirik. Eyni zamanda, beynəlxalq ictimaiyyəti Ermənistanın başlatdığı bu yeni təcavüz aktını, eləcə də bu təcavüz çərçivəsində mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmasını kəskin şəkildə qınamağa, həmçinin Ermənistan tərəfindən beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquq çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri təmin etməyə çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm