Nida Xəbər
Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin - Xorvatiyalı deputat
Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsi üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüfləndiyini bildirib, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Publika.az-ın xəbərinə görə, son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarca dinc insanın ölümündən kədərləndiyini bildirən deputat deyib: “Təəssüf ki, gərginlik getdikcə artır, 2020 –ci ildə birgəyaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir. pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”. Deputat, həmçinin həmkarlarını və Xorvatiya hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur. O, qeyd edib ki, “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi