Nida Xəbər
Azərbaycan və Rusiyanın baş prokurorları arasında telefon danışığı olub

Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər. Baş prokuror Kamran Əliyev 11 oktyabr tarixində gecə saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş bölgəsinə aidiyyəti olmayan və xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terror aktı barədə rusiyalı həmkarını məlumatlandırıb.
İqor Krasnov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etmiş, münaqişənin qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq xalqımıza sülh və əmin-amanlıq arzulamışdır. Baş prokurorlar gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu haqda fikir mübadiləsi aparmışlar.

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi