Ərdoğan Ermənistanı silahla təmin edən ölkələrin adlarını açıqladı: "Açıq şəkildə..."
Bizi izləyin

Nida Xəbər

Ərdoğan Ermənistanı silahla təmin edən ölkələrin adlarını açıqladı: "Açıq şəkildə..."

Ermənistanı silahla təmin edən Minsk Qrupunun 3 həmsədr ölkəsi - ABŞ, Fransa və Rusiyadır.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Şırnakdakı 7-ci qurultayında çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, bütün bunların qarşılığında Azərbaycan ermənilərə qarşı çox ciddi bir mübarizə aparır: “Bu mübarizə Azərbaycanın öz torpaqlarını işğalçılardan xilas etmək üçündür. Bundan böyük haqq ola bilməz. 30 il ərzində Minsk Qrupu ölkələri bu torpaqları Azərbaycana vermədilər. İndi də Azərbaycan xalqı özləri bu torpaqları işğaldan azad edir. Allah yardımçıları olsun. İnanırıq ki, bu iş böyük qələbə ilə bitəcək. Bu gecə atəşkəs elan edildi, lakin Ermənistan yenidən hücuma keçdi. Bütün bu faktlar açıq şəkildə ortada olsa da, Qərb susur. Türkiyə səsini çıxaranda, “Türkiyə heç susmur” deyirlər. Durmayacağıq!”

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm