Nida Xəbər
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir - Misir nəşri
Misirin “Əl Masr Əl Yom” nəşrində “Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir” sərlövhəli məqalə dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ötən il noyabrın 10-da hərbi əməliyyatların dayanmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi səbəbindən hərbçilərin və mülki şəxslərin həlak olması barədə söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, dövlət başçısı həmin ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin mümkün olmadığını, Azərbaycanın etik standartlara və ümumbəşəri dəyərlərə uyğun olaraq hərbi əsirləri və meyitləri Ermənistana təhvil verdiyini diqqətə çatdırıb.
Məqalənin sonunda ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan müharibə, torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat da yer alıb.
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası22 Noyabr 12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO












.jpg)






















