Azad Rəhimovdan XƏBƏR VAR: martın 20-dək...
Bizi izləyin

Nida Xəbər

Azad Rəhimovdan XƏBƏR VAR: martın 20-dək...

Gənclər və idman naziri Azad Rəhimovun sağlıq durumu qənaətbəxşdir və tezliklə vətənə dönüşü gözlənilir.

Publika.az moderator.az-a istinadla xəbər verir ki, nazirin ailəsinə yaxın, adının çəkilməsini istəməyən dostlarından biri bildirib. Onun sözlərinə görə, Azad Rəhimov Novruz bayramını Azərbaycanda, öz Vətənində qeyd edəcək, yəni ən geci martın 20-dək Bakıya dönəcək.

Xatırladaq ki, bir müddət öncə səhhətində yaranmış ciddi problemlərə görə ABŞ-da müəlicə alan A. Rəhimovun sağlıq durumunun kəskin pisləşdiyi, hətta həyatda qalmasının sual altında olduğu iddiaları səsləndirilirdi. Amma sonradan bəlli oldu ki, nazir amansız xəstəliklə mübarizədə əsl idmançı keyfiyyəti sərgiləyərək nəinki təslim olmayıb, əksinə, onu obrazlı desək, "nokaut" a salaraq sağlamlığına qovuşmaq üzrədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm