Nida Xəbər
Xankəndidəki parada cavab olaraq Azərbaycan və Türkiyə ORDUSU... - Deputatdan TƏKLİF
“Mayın 8-də Türkiyə hərbi qüvvələri ilə Şuşada hərbi parad keçirməliyik”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik: “Rusiya sülhməramlılarının bəzi “sürpriz”lərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik. Xankəndində parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq. Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır. Bunun tarixi anologiyası da var.
Bilindiyi kimi, 1918-ci il oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirib. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi varianıtnı da düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”.
-
Hadisə17:09Bloqer Tünzalə Sultanovanın ölüm xəbəri yayıldı
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO

























