Nida Xəbər
Əli Əhmədov İCAPP-ın tədbirində iştirak edib
Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov aprelin 21-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin 35-ci iclasında iştirak edib.
Videokonfrans formatında keçirilən iclasda açılış nitqi ilə çıxış edən Koreya Respublikasının Xarici İşlər naziri, İCAPP Daimi Komitəsinin həmsədri Çunq Eui-yonq İCAPP-ın fəaliyyətinə göstərdiyi fəal dəstəyə görə Yeni Azərbaycan Partiyasına xüsusi təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov ötən il 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini, bölgədə sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. O, həmçinin, bu ilin sonlarında Təhlükəsizlik və Əməkdaşlıq Naminə Xüsusi Konfransın keçirilməsi barədə YAP-ın təşəbbüsünün dəstəklənməsi və İCAPP-ın iş planına salınmasına görə quruma təşəkkürünü bildirib. Pandemiya şəraitində qurumun faliyyətini yüksək qiymətləndirən YAP təmsilçisi sonda İCAPP üzvlərini Bakıda keçiriləcək tədbirdə fəal iştiraka dəvət edib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)



.jpg)





















.jpg)

.jpg)