Nida Xəbər
Əsədov Mişustinlə bir sıra sənədləri imzalayacaq
Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycanın baş naziri Əli Əsədov bu gün Moskvada danışıqlar aparacaqlar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Məlumata görə, danışıqların nəticəsi olaraq iki ölkənin əməkdaşlığının inkişafı haqqında bir sıra sənədlərin imzalanması gözlənilir.
"Hökumət başçılarının Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və nəqliyyat, sənaye, energetika və mədəni-humanitar sahələrdə birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəkləri planlaşdırılır", - xəbərdə deyilir.
Qeyd edilir ki, görüşdə əsas diqqət koronavirusun yayılmasına qarşı tədbirlərə ayırılacaq.
"Mixail Mişustin və Əli Əsədovun danışıqlarının nəticəsinə əsasən Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı haqqında birgə sənədlərin imzalanması gözlənilir", - mətbuat xidmətində əlavə ediblər.
Qeyd edək ki, Əli Əsədov Rusiyaya çərşənbə günü rəsmi səfər edib. Bu, onun Mişustinlə birinci təkbətək görüşü olacaq. Hökumət başçıları əvvəllər telefonla danışıqlar aparıblar və MDB ölkələrinin hökumət başçılarının şura iclaslarında videobağlantı vasitəsilə iştirak ediblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)



.jpg)





















.jpg)

.jpg)