Nida Xəbər
Robert Sekuta: "Azərbaycan və Ermənistan arasında sülh yaranmasını istəyirik"
Ağdamın yenidən tikilməsini, bərpa olunmasını və bu istiqamətdə bütün proseslərin tezliklə başa çatmasını böyük səbirsizliklə gözləyirəm.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyətinin tərkibində Ermənistanın işğalından azad olunmuş Ağdama səfər edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
Səfərin yekunları barədə açıqlama verən R.Sekuta bildirib ki, Ağdama gəlməzdən əvvəl dağıntılar haqqında eşitmişdi: “Lakin bura gəldikdən sonra dağıntının miqyasının geniş olduğunu gördüm. Bu, insanı heyrətləndirir, buna baxmayaraq, ümidlər var. Bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə keçirilən müzakirələrdə Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına kömək etmək üçün ABŞ-ın hansı rolu oynaması və sülhü necə inkişaf etdirmək haqqında sual verdim. Əlbəttə, bu işlər bir az vaxt alacaq. Çünki bu iş səbir tələb edir, lakin istəyirik ki, Azərbaycan və Ermənistan xalqları arasında onların layiq olduğu sülh yaransın”.
Robert Sekuta gələcəyə çox böyük ümidlərinin olduğunu bildirib “İstəyirəm ki, yenə buraya gələk və ABŞ tərəfi olaraq hər iki xalq arasında sülh yaradaq. Biz bunu dünyanın başqa yerlərində də etmişik. Düşünürük ki, burada oynadığımız rol çox vacib və yaxşı olacaq”, - deyə o, əlavə edib.
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq
-
Dünya08:24ABŞ və Britaniyadan müəmmalı addımlar - Dünya müharibəsinə hazırlıq başladı?
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız









.png)
.jpg)


.jpg)



.jpg)
















