304 dövlət qulluqçusu işdən çıxarıldı
Bizi izləyin

Nida Xəbər

304 dövlət qulluqçusu işdən çıxarıldı

Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Publika.az xəbər verir ki, həmin intizam tənbeh tədbirlərindən 1044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 1245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azadılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm