Məhkəmə sabiq daxili işlər naziri barədə QƏRAR VERDİ
Bizi izləyin

Nida Xəbər

Məhkəmə sabiq daxili işlər naziri barədə QƏRAR VERDİ

Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri, polis general-leytenantı , bu ilin martında müəmmalı şəkildə həbs edilmiş Əhməd Əhmədova hökm oxunub.

Keçmiş nazir 11 illik həsbxana cəzasına məhkum edilib. Lakin onun nədə ittiham olunduğu, barəsində qaldırılmış cinayət işinin təfərrüatları haqda heç bir məlumat verilmir. Eləcə də hökmü hansı məhkəmənin çıxardığı barədə məlumat yoxdur.

Əhməd Əhmədov 17 il Naxçıvanın daxili işlər naziri olub və fəaliyyəti dövründə özünün xüsusi qəddarlığı ilə ad çıxarmışdı. Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaşlı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi, 2000-ci ildə Naxçıvan şəhər Polis Şöbəsinin rəis müavini, bundan bir neçə ay sonra isə daxili işlər naziri təyin olunub. 2017-ci ildə həmin vəzifədən azad edilib.

Əhməd Əhmədovun 2017-ci ildə vəzifəsindən azad edilməsindən az sonra onun adı qardaşının ittiham edildiyi adam oğurluğu işinə görə gündəmə gəlmişdi. Belə ki, Əhməd Əhmədovun biznesini idarə edən qardaşı Əvəz Əhmədov 2018-ci ilin yayında həbs edilib.

Əvvəllər gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əvəz Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. İttihama görə o, 2016-cı ilin iyununda polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, Hörmət Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə Rəşad Tahirovdan 140 min dollar pul alıb. Lakin Ə.Əhmədov bu ittihamları qəbul etmirdi. Bildirirdi ki, əslində H.Əsgərov gəlirli biznes qurub ona sanballı dividend ödəmək adı altında pulu alıb və qaytarmayıb. (unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm