Ermənistandan mina xəritələrinin alınması Misir KİV-lərində
Bizi izləyin

Nida Xəbər

Ermənistandan mina xəritələrinin alınması Misir KİV-lərində

Ermənistanın işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim etməsi xəbəri Misir KİV-lərinin diqqət mərkəzində olub.

Publika.az xəbər verir ki, Misirin “Əl Masr Əl Yom” qəzeti, “Aldiplomasy”, “Əxbar Əl Yom” informasiya portalları məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatını yayıblar.

Xəbərlərdə diqqətə çatdırılıb ki, humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm