Quterreş XİN başçılarının görüşünü ALQIŞLADI
Bizi izləyin

Nida Xəbər

Quterreş XİN başçılarının görüşünü ALQIŞLADI

BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən sonra dialoqun davam etdiriləcəyinə ümid edir.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Baş katibin ofisinin yaydığı məlumatda deyilir.

"Baş katib Qarabağ ətrafındakı münaqişədən bir il sonra birbaşa nazirlər səviyyəsində dialoqun bərpasını alqışlayır və ümid edir ki, bu səylər həll olunmamış problemləri həll etmək, davamlı sülhə nail olmaq üçün təşkil ediləcək daha geniş dialoqun bir hissəsi olacaq", - ofisdən bildirilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm