Tarixi əhəmiyyəti baxımından bu, çox vacibdir – Musa Qasımlı
Bizi izləyin

Nida Xəbər

Tarixi əhəmiyyəti baxımından bu, çox vacibdir – Musa Qasımlı

“Birincisi bu qanun layihəsi siyasi-tarixi, ikincisi isə gələcək nəsillərə faydası baxımından olduqca vacibdir”.

Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı deputat Musa Qasımlı “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 28 mayın Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası kimi qiymətləndirilməsi tariximizin doğru şəkildə təqdim edilməsidir: “İstiqlal bəyannaməsi təkcə müstəqilliklə əlaqəli deyildi. Şərqdə ilk müstəqillik və müstəmləkəçilikdən xilas yollarını gətirdi. 1920-ci ilin apelində Azərbaycan işğal edildikdən sonra SSRİ yaradıldı. Adımız müstəqil olsa da, Azərbaycan müstəqil deyildi. Bu mənada 28 mayın müstəqillik günü adlandırılması doğrudur.

18 oktyabrda dövlət müstəqilliyinin bərpası günüdür. Bunu 18 oktyabrda qəbul edilən müstəqillik aktı haqqında konstitusiya qanunu göstərir. Həmin sənəddə 28 mayda elan olunan müstəqil Azərbaycanın varisi olduğu ifadə edilib. Bu mənada 18 oktyabr müstəqilliyin bərpası günü kimi qiymətləndirilməlidir”.

Deputat qeyd edib ki, qanunun taixi əhəmiyyəti var: “Bu, bizim tariximizdə milli dövlətçilik baxımından vacibdir, tarixdə varisliyi əks etdirir. Bu məktəbə gedən şagirddən böyüyə hamıya müstəqil dövlətçilik, dövlət millətçiliyi və vətənpərvərliyi aşlayan qanundur. Məktəbə gedən uşaqlar biz nə zaman dövlət olmuşuq, bunu nə zaman itirmişik, nə zaman bərpa etdiyimizi biləcək. Odur ki, bunun tarixi əhəmiyyəti böyükdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm