Azərbaycan Qarabağ münaqişəsini hərbi yolla çox səmərəli şəkildə həll etdi - Boris Tadik
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Qarabağ münaqişəsini hərbi yolla çox səmərəli şəkildə həll etdi - Boris Tadik

Fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev həmişə öz enerji siyasəti ilə Qərbi Balkanlara öz yardımını əsirgəməyib.

Publika.az xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadik Qlobal Bakı Forumu çərçivəsində “Qərbi balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda panel müzakirələri zaman deyib.

B.Tadik forumun əhəmiyyətini qeyd edərək bildirib ki, bu forum dünya qarşısında duan vacib məsələlərin həlli müzakirə olunur.

Keçmiş prezident Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağ kimi mürəkkəb bir məsələni hərbi yolla çox səmərəli şəkildə həll etdi:

“Azərbaycan Qarabağ münaqişəsini çox səmərəli şəkildə hərbi yolla həll etdi. Bu Azərbaycan üçün yeganə çıxış yolu idi. Biz bunun digər regionlarda mövcud olan münaqişələrə təsirini görəcəyik. Biz bunu müqayisə etməliyik və mövcud problemlərdən çıxış yollarını tapmalıyıq”.

O qeyd edib ki, Avropa İttifaqı ölkələri iqtisadi böhrandan cixa bilmirlər: "Avropa İttifaqı ölkələri iqtisadi miqrasiya böhranına məruz qaldı. Bu, Avropa İttifaqında çətin siyasi vəziyyətə səbəb oldu. Avropa İttifaqı strateji problemlərlə üzləşib və artıq bu quruma ümid bəslənilmir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm