Nida Xəbər
Yardımlıda “Əsgərlər unudulanda ölürlər“ filminin nümayişi keçirildi
“Yardımlı Xeyriyyə Cəmiyyəti” noyabrın 14-ü saat 12:00-da Yardımlı rayon Mərkəzi Mədəniyyət Evində tanınmış jurnalist-publisist Arif Əliyevin ssenari müəllifi olduğu, rəhmətlik Rövşən Almuradlının ərsəyə gətirdiyi “Əsgərlər unudulanda ölürlər“ filminin nümayişi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Yardımlı rayonunun tanınmış ictimai xadimləri, şair və yazıçıları, müəllimlər və KIV nüməyəndələri iştirak ediblər. Həmin gün tanınmış jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Zerkola" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Altun kitab" nəşriyyatının direktoru, 1-7-ci sinif Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılov və Bakı Mətbuat klubunun direktoru Arif Əliyev Yardımlı ictimaiyyətinin qonağı olublar. Film nümayişindən sonra qonaqlar tədbir iştirakçılarının sualları cavablandırıblar.
Qeyd edək ki, “Əsgərlər unudulanda ölürlər” filmində 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısina birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 nəfər igid əsgərinin taleyindən bəhs edilir. Yalama döyüşü zamanı igid əsgərlərimiz iki saat duruş gətirmiş və son nəfəslərinə qədər mövqeyindən çəkilməmişdir.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






