Nida Xəbər
Hava hücumundan müdafiə bölmələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin 1 nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.
Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə Ordu aviasiyası da cəlb edilib.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.
Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.
Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu