Nida Xəbər
Hər birimizi təhlükə gözləyir - Prezidentin köməkçisi
Helikopter qəzasında şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin. Hadisədən dərhal sonra cənab Prezident və Birinci vitse-prezident tərəfindən Azərbaycan xalqına və xüsusilə də şəhid olmuş zabitlərimizin ailələrinə başsağlığı verildi. Bu kimi hallarda dövlət kommunikasiyasının həyata keçirilməsi və ictimaiyyətin hərtərəfli məlumatlandırılması vacib şərtlərdən biridir. Eyni zamanda sosial mediada müxtəlif şayiələrin yayılması və hadisələrə rəsmi qiymət verilmədən ön fikirlərin yürüdülməsi, bu qəzanın qurbanları olmuş şəxslər barəsində məlumatlar verilməsi ailələr üçün çox travmatik və ciddi psixoloji təzyiq ola bilər. Odur ki, sosial media istifadəçiləri bu kimi hadisələrdə "ilk xəbəri birinci mən yayacam" prinsipindən uzaq durmalıdır.
Publika.az xəbər verir ki bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu kimi insidentlər baş verdikdə hadisələrin qiymətləndirilməsi və hadisə qurbanlarının müxtəlif istintaq yolu ilə şəxsiyyətlərinin müəyyən edilməsi bir qədər vaxt çəkən məsələdir: "İctimaiyyətin narahatlığı başa düşülür, digər tərəfdən, dəqiq və dolğun məlumatın çatdırılması kimi başlıca meyarlar və parametrlər də var".
Prezidentin köməkçisi bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızda minaların basdırılmasını Ermənistanın uzun illər Azərbaycana qarşı həyata keçirdiyi mənfur siyasətin növbəti nümunəsi adlandırmaq olar: "O ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinə və məcburi köçkünlərin qayıdışı prosesinə mane olmaqdır. Maksimum dərəcədə Azərbaycanın hərbi və mülki insanları arasında xəsarət, ölüm hallarına səbəb olmaq niyyəti güdüblər. Minaların hansı məqsədlə qoyulduğunu hər kəs çox gözəl başa düşür. Minaların qoyulmasından, insanların tutduğu vəzifədən asılı olmayaraq o, öz qurbanını orada gözləyir. Mina illərlə öz fəlakətli nəticəsini gözləyə biləcək dəhşətli bir vasitədir.
Təəssüflər olsun ki, Ermənistan tərəfindən kütləvi şəkildə Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət qarşısında bu məsələni qaldırıb. Bir daha beynəlxalq ictimaiyyətə müraciət etmək istərdik ki, bu məsələdə məlumatlandırma daha da artırılmalıdır. BMT və onun aidiyyəti strukturları tərəfindən də əsaslı şəkildə dəstəyin artırılmasına ehtiyac var. Burada vətəndaşlarımızın da üzərinə düşən böyük bir məsuliyyət var. Aidiyyəti strukturlar tərəfindən vətəndaşlarımıza intensiv şəkildə xəbərdarlıqlar verilir ki, işğaldan azad olunmuş ərazilərə getdiyiniz təqdirdə konkret açılmış cığırlar və yollar istisna olmaqla kənara çıxmaq olmaz. Hər birimizi təhlükə gözləyir. Mina insanlar arasında fərq qoymur, hər birimiz potensial qurban ola bilərik. Cəmiyyətimizdə maarifləndirmə işləri aparılır, bundan sonra da sosial media imkanlarından istifadə edərək mina təhlükəsi barədə maarifləndirməmizin artırılmasına ehtiyac var".
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)


















