Nida Xəbər
Belə institutun yaradılmasına böyük ehtiyac var - Deputat
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması mütərəqqi qərar idi. Bu qurum yaradıldıqdan sonra ölkəmizdə milli parklar və dövlət təbiət qoruqları yaradıldı. Amma onların hüququ rejiminə dair qanun yoxdur. Hökumət layihə göndərə və ya biz özümüz qanun hazırlaya bilərik. Hesab edirəm ki, buna ehtiyac var”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, hazırda dövlət idarəetmə orqanında nəsillərin dəyişməsi prosesi gedir və bu, normaldır: “Bəzən bizə göndərilən qanun layihələrində ciddi çatışmazlıq görürük. Qeyd edim ki, Rusiyada Nazirlər Kabineti yanında qanunvericiliklə əlaqədar xüsusi qurum var. Belə qurumlar Ukrayna və Qazaxıstanda da var. Bizdə Ədliyyə Nazirliyi yanında Qanunvericilik Baş İdarəsi var. Onun əsasnaməsində yeni qanunların mövcud qanunvericiliyə uyğunlaşdırılması, habelə yeni qanunlara rəylər verə biləcəyi qeyd edilib. Hörmətli sədr, siz də Milli Məclisin imicinin dəyişdirilməsi baxımından əlinizdən gələni edirsiniz. Məncə, bu işi etsək, yaxşı addım olmaqla yanaşı, bilavasitə sizin adınızla bağlı olardı. Belə institutun yaradılmasına böyük ehtiyac var. Bununla əlaqədar hökumətə də müraciət etmək olar”.
Spiker deputata deyib ki, bu məsələni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə müzakirə etsin.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi


































