Nida Xəbər
Mədəniyyət nazirliyində iki yeni şöbə yaradılıb
Azərbaycan mədəniyyətinin dünyada təbliği proiritet məsələlərdəndir.
Bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda Mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, mədəniyyət sahəsində hüquqi baza təkmilləşdirilir.
O bildirib ki, nazirlik yeni mədəniyyət strategiyasına başlayıb.
"Mədəniyyətin əlçatan olması üçün rəqəmsallaşdırma prosesi sürətləndirilməlidir. Maliyyənin effektiv idarə edilməsi, özəl sektorun mədəni layihələrə cəlb edilməsi fəaliyyətimizin əsas hissəsidir. Fəaliyyətimizi daha çox layihələr əsasında qurmaq da bizim hədəflərimizdən biridir. Yeni çağırışlara uyğun olaraq nazirlikdə yeni şöbələrin yaradılması prosesi də gedəcək. Bununla əlaqədar artıq iki yeni şöbə yaradılıb,”-nazir deyib.
A. Kərimov deyib ki, biz əcdadlarımızın irsini qorumaqla yanaşı, eyni zamanda, yeni yaradıcılıq nümunələri də yaratmalıyıq.
-
İdman22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?














.jpg)








.jpg)



.jpg)







