Avronun dəyərini itirməsinin səbəbləri - DETALLAR
Bizi izləyin

Nida Xəbər

Avronun dəyərini itirməsinin səbəbləri - DETALLAR

Avropa İttifaqının valyutası hesab olunan avro son dövrlər ABŞ dolları qarşısında kəskin ucuzlaşır və onun məzənnəsi son 20 ilin ən aşağı həddinə çatıb.

Publika.az xəbər verir ki, hazırda bir avronu 1,017 dollara almaq mümkündür.

Ekspertlərin fikrincə, avronun devalvasiyasına dünyada gözlənilən tənəzzül, inflyasiya, qazın bahalaşması və Ukraynadakı müharibənin uzanması səbəb olur.

Rusiyadan qaz tədarükünün kəsilməsi təhlükəsi də avroya mənfi təsir göstərib. Avrozonada inflyasiya iyunda 8,6%-ə çataraq rekord hədd olub və Avropa Mərkəzi Bankı 11 ildə ilk dəfə pul siyasətini sərtləşdirməyə, faiz dərəcələrini 25 baza bəndi artırmağa məcbur qalıb.

Bir qayda olaraq, pul siyasətinin sərtləşdirilməsi valyutanın möhkəmlənməsinə gətirib çıxarır, lakin görünən budur ki, Avropa Bankının qəbul etdiyi qərar kifayət etməyib.

Beləliklə, avro dəyərini itirməkdə davam edir. Müqayisə üçün qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi inflyasiya ilə mübarizə üçün daha aqressiv siyasət seçib və faiz dərəcələrini 150 baza bəndi qaldırıb və ayın sonuna qədər daha 75 bənd artırmağı planlaşdırır. Bundan sonra isə avrodan fərqli olaraq, dollar möhkəmlənməyə başlayıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm