Ərdoğan və Rəisi altılıq platformasını müzakirə edəcək
Bizi izləyin

Nida Xəbər

Ərdoğan və Rəisi altılıq platformasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb.

Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Görüşdə bir çox məsələlərlə yanaşı, Cənubi Qafqazdakı durum da müzakirə olunacaq.

Liderlərin altılıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın əməkdaşlığı üçün təklif olunan format) barədə fikir mübadiləsi aparacaqları da gözlənilir.

Bundan başqa, R.T.Ərdoğan və İ.Rəisi Suriyadakı durumu, Rusiya ilə Ukrayna arasında davam edən müharibəni və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, iyulun 19-u R.T.Ərdoğanın İrana işgüzar səfəri planlaşdırılıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm