Nida Xəbər
Hərbçimizi əsgər yoldaşı QƏTLƏ YETİRİB - YENİLƏNDİ

Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
xxx
"Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik".
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

-
Magazin216:22
Bu dəfə bəyənilmədi - FOTO
-
Nida Xəbər 15:28
Hülya Avşarın qızı Mehriban Əliyeva ilə - FOTO
-
Nida Xəbər 15:08
Mövqelərimiz atəşə tutuldu
-
Magazin114:59
“Hazırda çox xoşbəxtəm”
-
Magazin214:44
Serdar Ortaç müjdəni səhnədə verdi
-
İdman14:38
Benzema “Real”dan ayrıldı - Rəsmi açıqlama
-
Sosial12:38
Maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR - VİDEO
-
Magazin112:28
Təcili yardımdan şikayət etdi