Nida Xəbər
Yeni Qanun ədalətli SİYASİ DİALOQU gücləndirəcək – MM-in komitə sədri
Siyasi partiyaların ölkəmizin inkişafının qarşısında duran çağırışların dəf edilməsində rolunun daha da artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir. Ötən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunub, 2020-ci ildəki Vətən müharibəsi ərəfəsində ölkə tarixində görünməmiş milli-siyasi birlik əldə edilib. Bu dövrdə Vətənini və dövlətini sevən bütün siyasi partiyalar bir yumruq kimi birləşdi və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Tahir Mirkişili bildirib.
O qeyd edib ki, 2020-ci il parlament seçkilərindən sonra Prezident İlham Əliyev parlamentdə çıxışı zamanı deyib: ““Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”. Beləliklə keçən 2 il müddətində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı. Qeyd edim ki, hazırda Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Müqayisə üçün Rusiyada 6, Türkiyə 12, Gürcustanda 4 (2016), Ermənistanda 4, Qazaxıstanda 4, Ukraynada isə 7 siyasi partiya parlamentdə təmsil olunur”.
Tahir Mirkişili qeyd edib ki, hazırda ölkəmiz yeni bir dövrə qədəm qoyub. Torpaqlarımız işğaldan azad olunub, 30 illik münaqişə başa çatıb, ordumuz bütün strateji mövqelərə sahib olub, iqtisadiyyatımız daha da güclənib. Yeni mərhələdə cənab İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır.
Milli Məclis üzvü hesab edir ki, cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hər bir vətəndaşın istəyidir: “Bunun üçün isə ilk növbədə hesab edirəm ki, qanunvericilik bazası təkmilləşməli, milli maraqlara xidmət edən partiyaların inkişafı üçün daha çox insitutsional imkanlar yaradılmalıdır”.
Tahir Mirkişili qeyd edib ki, məhz bu məqsədlə Milli Məclis tərəfindən yeni “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanmasına başlanması və onun ictimai müzakirə üçün açıq olması elan edilib. Bu da onu göstərir ki, Milli Məclis prossesin açıq və demokratik olmasında maraqlıdır.
Onun sözlərinə görə, ötən 2 aydan çox müddət ərzində 39 siyasi partiyanın qanun layihəsi barəsində öz təkliflərini Milli Məclisə təqdim etməsi müzakirələrin inklüzivliyinə nail olunduğuna dəlalət edir: “Dünəndən etibarən qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında dərc edilib. Sentyabrın 28-dən etibarən qanun layihəsi barəsində Milli Məclisdə başlayacaq müzakirələrin qəbul ediləcək sənədin bütün konstruktiv siyasi qüvvələrin inkişafla bağlı maraqlarına xidmət edəcəyinə inanırıq”.
Tahir Mirkişili onu da qeyd edib ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 3 iyun 1992-ci ildə qəbul edilib: “Qanun 22 maddədən ibarətdir. Yeni təklif edilən qanun layihəsi isə 30 maddədən ibarət olmaqla daha əhatəlidir. Hesab edirəm ki, geniş müzakirələr nəticəsində qəbul ediləcək yeni qanun ölkəmizdə siyasi partiyaların daha da inkişafı, siyasi konstruktiv dialoqun, əməkdaşlığın daha da güclənməsi və siyasi rəqabət mədəniyyətinin daha da inkişafı üçün yeni səhifə açacaq”.
Səxavət Həmid
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO











.jpg)
























.jpg)

.jpg)