Nida Xəbər
Peskov Paşinyan ailəsinin qəzetindəki məqalə haqda: "Bu, başqa bir cəfəngiyyatdır"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün “Haykakan Jamanak” qəzetinin Moskvanın Ermənistanı Rusiya və Belarus ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı dərc olunan xəbərini təkzib edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, Dmitri Peskov Rusiyanın belə bir niyyətinin olub-olmaması ilə bağlı suala belə cavab verib: – "Yox, bu başqa bir cəfəngiyyatdır".
Qeyd edək ki, "Rusiya nə istəyir? Patriarx həzrətlərinin, üç prezidentin və ekspert icmasının məlumatı üçün" adlı məqalə bu gün "Haykakan Jamanak" qəzetinin saytında dərc olunub. Məqalədə deyilir:
“Rusiyanın bizim regiondakı istəkləri onun qlobal istəklər zəncirinə uyğun gəlir və Ermənistan və Qarabağ onun arzular zəncirinin həlqəsidir. Rusiya Ukraynadan istədiyini az qala Ermənistandan da istəyir. İstəyir ki, Ermənistan “Rusiya-Belarus” ittifaq dövlətinin və ya Rusiyanın bir hissəsi olsun. Və əgər Ukrayna məsələsində Rusiya Federasiyası belə bir nəticə üçün Rusiya və bəlkə də Belarus qoşunlarından istifadə edirsə, Ermənistanda isə Azərbaycanda və müəyyən qədər Ermənistanda yerləşən Rusiya qoşunlarından istifadə edir”.
Məqalə “Etibarlı Mənbə” tərəfindən imzalanıb.
Qeyd edək ki, "Haykakan Jamanak" qəzetinin baş redaktoru 1999-cu ilin yayından hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan olub. O, 2008-ci ilin martına qədər bu vəzifədə qalıb, bundan sonra həyat yoldaşı Anna Akopyan nəşrin baş redaktor təyin olunub. Hazırda da qəzetin baş redaktoru Anna Akopyandır.
"Haykakan Jamanak" Ermənistan cəmiyyətində "Paşinyan ailəsinin qəzeti" adlandırılır.
Səxavət
-
Elm və təhsil22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək















.jpg)





















