İdman
Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edildi
Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulan Qran-Pri yarışları İrandakı müharibə ilə əlaqədar ləğv olunub.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar bu mövsümün dördüncü və beşinci Qran-priləri olaraq keçirilməli idi. Yarışların Bəhreyndə aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə bir həftə sonra keçirilməsi planlaşdırılırdı.
Bəhreyn 2004-cü ildən, Səudiyyə Ərəbistanı isə 2021-ci ildən Formula yarışlarına ev sahibliyi edir.
Qeyd edək ki, Formula 1 yarışlarının 17-ci - Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakı şəhər halqasında keçiriləcək.
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE





































