Nida Xəbər
Xocavənddəki kütləvi məzarlıqla bağlı cinayət işi başlandı
Xəbər verildiyi kimi, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 ve 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülmüş və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.
İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülmüş və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU






















.jpg)











.jpg)

.jpg)