Nida Xəbər
Bartaz yüksəkliyi necə azad olundu?: buludlara sancılan bayraq - VİDEO
2 il öncə bu gün, yəni vətən müharibəsinin 30-cu günü bölmələrimiz Bartaz yüksəkliyi uğruda əməliyyatlara başlayır. Hava hücumundan müdafiə qüvvələrimiz isə elə fəaliyyət göstərir ki, düşmən pilotsuz uçuş aparatları ilə müşahidə apara bilmir. Geri çəkilən düşmən isə ərazilələrdə kameralar quraşdırardı.
Cənub cəbhəsinin ən uca zirvəsi Bartaz…. Zirvədən də artıq bölgəyə hökmranlığın tək simvolu. Azərbaycan ordusunun qarşısında bu istiqamətdə olan bu maneə artıq bir çox səddlərin də açılması idi.
Azərbaycan ordusunun hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti ilə düşmən demək olar ki, pilotsuz uçuş aparatları ilə müşahidə apara bilmirdi. Lakin onlar yenə də fəaliyyətsiz dayanmırdı. Demək olar ki, bütün ərazilələrdə kameralar quraşdıraraq geri çəkilirdi.
Bartaz əməliyyatının taktikası dəyişir. Düşməni çaşdırmaq üçün tam fərqli plan seçilir. Əməliyyatın icrası üçün isə gecənin düşməsi gözlənilir.
Şuşa yolunun açılması üçün döyüşlər gedir. Artıq iki gündür ki, xüsusi təyinatlı qüvvələr səssizcə, addım-addım Şuşaya yaxınlaşır. Lakin Şuşa əməliyyatının uğurlu icrası üçün düşmən qüvvələrini Qrımızıbazar cəbhəsinə çəkmək lazım idi.. Düşmənin dərinliyində isə əməliyyatlar dayanmır. Əməliyyatların əsas icraçısı olan Xüsusi təyinatlılara artilleriya dəstəyi ilə yanaşı aviasiya da yardım edir.
26 oktyabr həm də ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış atəşkəsin pozulması ilə də yadda qaldı. Yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra - saat 08.05-dən etibarən Ermənistan ordusu Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutdu. Bununla da Ermənistan artıq okeanın o tayındakı havadarlarına da sülhü necə istdəyini bir daha göstərmiş oldu.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




.jpg)


















.jpg)

.jpg)