Nida Xəbər
Kudrinin yeni iş yeri məlum oldu
Rusiya Hesablama Palatasının keçmiş rəhbəri Aleksey Kudrin “Yandeks”in korporativ inkişaf üzrə məsləhətçi olmaq təklifini qəbul etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə özünün “Telegram-kanal”ında bildirib.
O, yeni postda əsas vəzifəsinin kompaniyanın unikal idarəetmə və texnoloji mədəniyyətini qoruyub saxlamaq olacağını bildirib. A.Kudrin qeyd edib ki, o, müstəqil qalmalıdır.
“Menecmentlə birlikdə yeni holdinqin korporativ strukturunu inkişaf etdirəcəm ki, bu da şirkətin bütün bazarlarda, o cümlədən beynəlxalq bazarlarda uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək”, - deyə Kudrin yazıb.
Qeyd edək ki, Aleksey Kudrin noyabrın 29-da Rusiya Hesablama Palatasının sədri vəzifəsindən istefa verdiyini açıqlayıb. Ertəsi gün Federasiya Şurası onun istefasını təsdiqləyib.
Xatırladaq ki, onun “Yandeks”ə işə gedəcəyi barədə daha əvvəl mətbuatda məlumat yayılmışdı. Xüsusilə, “The Bell” “Yandeks”i idarə etmək üçün cənab Kudrin və üç top menecerin daxil olacağı fondun yaradılacağını bildirmişdi.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

.jpg)


























