Nida Xəbər
Sülhməramlılar etirazçılara atəş aça bilər? - Video
11:50
“Bundan sonra Azərbaycan xalqı öz maraqlarına zidd heç nəyi qəbul etməyəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.

Polkovnik Ramaldanov bildirib ki, sülhməramlılar ilə bağlı artıq bizim cəmiyyətdə həm narazılıq, həm də narahatlıq çoxalır:
"Bunun səbəbi 2 il ərzində sülhməramlı qüvvələrin öz fəaliyyətlərini yerinə yetirməməsidir. Onların son zamanlar tutduğu mövqe, Azərbaycana olan hörmətsizlik etirazlara səbəb olur. Aksiya iştirakçılarının sualı çox adi bir sualdır. Və bizim öz ərazimizdə monitorinq keçirmək istəməyimiz çox normal haldır. Əgər sülhməramlılar buna qarşı çıxmasaydı, heç bir aksiya da olmayacaqdı. Ekoloji monitorinqə imkan verilməməsi təsdiq edir ki, həqiqətən də Qarabağ iqtisadi rayonunda ekoloji pozuntular var".
Sabiq komandir vurğulayıb ki, aksiya iştirakçılarını bütün Azərbaycan dəstəkləyir və bundan sonra Azərbaycan xalqı öz maraqlarına zidd heç nəyi qəbul etməyəcək.
O, deyib ki, aksiya iştirakçılarının təhlükəsizliyini Daxili Qoşunların hərbiçiləri təmin edir:
"Düşünmürəm ki, aksiya iştirakçılarına silahlı müdaxilə olunsun. Sülhməramlılar Azərbaycan torpağında olduqlarını sanki unudur. Onların əsas vəzifəsi erməni əhalisi ilə Azərbaycan əhalisinin arasında sabitliyi qorumaq, sülh yaratmaqdır. Ancaq onlar nə istəsələr onu da edirlər. Nə sülh şəraiti yarada bilirlər, nə də başqa bir şey.
Bu yaxınlarda video yayılmışdı. Sülhməramlıların içərisində erməni də var idi. Bu zaman sual yaranır, erməninin orada nə işi var? Rus sülhməramlıların məqsədi nədir? Onlar nə üçün öz vəzifələrinin yerinə yetirmirlər? Onların vəzifələrindən biri də Azərbaycan və erməni əhalisi arasında inteqrasiya yaratmaqdır. Ancaq 2 il ərzində bu yöndə heç bir iş görülməyib. Onların Azərbaycan ərazisində qurduğu postlarda erməni terrorçuları yerləşdiriliblər. Belə çıxır ki, Azərbaycan ərazisinə kim hansı məqsədlə olur olsun, rus sülhməramlıların himayəsi altında gedib-gələ bilər. Amma azərbaycanlılar monitorinq üçün öz ərazisinə gedə bilməz”.
Aydan Beydullayeva
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu






.jpg)








.jpg)




















