Nida Xəbər
Şəmkirdəki partlayışın təfərrüatları açıqlandı - Xəsarət alanlar var/YENİLƏNDİ - FOTO
Şəmkirdə avtomobilin içərisində qumbaranın partlaması nəticəsində xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb.
Publika.az-ın Qərb bürosunun məlumatına görə, xəsarət alanlar öncə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib və daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Şəmkir şəhərində Nəsib Qarayeva məxsus dövlət nömrə nişanı 20-BF-603 olan "VAZ-2107" markalı avtomobildə sərnişin qismində olan Binnət Qarayevdə olan qumbara partlayıb. Nəticədə hər ikisi müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
19:35
Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatları açıqlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Publika.az-ın Qərb bürosuna bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.
Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Şəmkir şəhərində avtomobilə qumbara atılıb.
Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər "VAZ 2107" markalı avtomobilə qumbara atıb.
Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan öncə hadisənin valyutadəyişmə məntəqəsinə qumbara atılıması nəticəsində baş verdiyi bildirilirdi.
***
19:08
Baş verən olayla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlama verib.
Eşqin Qasımov deyib: "Hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA























.webp)









.jpg)

.jpg)