Ukraynada müharibə bu tarixdə sona çatacaq - Kadırov
Bizi izləyin

Nida Xəbər

Ukraynada müharibə bu tarixdə sona çatacaq - Kadırov

Çeçenistanın başçısı Ramzan Kadırov hesab edir ki, Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatı 2023-cü ilin sonunadək başa çatacaq.

Publika.az xəbər verir ki, o, bu fikri Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevə müsahibəsində bildirib.

Avropa ölkələri ilə mümkün uçuşların bərpasının vaxtı ilə bağlı sualı cavablandıran Ramzan Kadırov deyib: “İlin sonunadək xüsusi əməliyyat başa çatacaq. Avropa dövlətləri öz hərəkətlərinin yanlışlığını dərk edəcək, Qərb diz çökəcək və həmişəki kimi Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlıq etməli olacaqlar. Başqa cür olmamalıdır və olmayacaq”.

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı Prezident Vladimir Putinin əmri ilə 24 fevral 2022-ci ildə başlayıb. Həmin vaxt Rusiya dövlət başçısı öz məqsədlərinin Ukraynanın demilitarizasiyası və denasifikasiyası ilə bağlı olduğunu açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi hərbi əməliyyatın NATO-dan gələn təhlükə aradan qalxdığı zaman başa çatacağını iddia edib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm