İsxak Hersoq İlham Əliyevi təbrik etdi - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

İsxak Hersoq İlham Əliyevi təbrik etdi - FOTO/YENİLƏNDİ

İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə israilli siyasətçi tviterdə yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm! Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz üçün mühüm məqamdır”, - İsrail lideri sosial şəbəkədə qeyd edib.

xxx

19:07

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə yazıb.

“Azərbaycan Respublikasının ilk səfiri kimi İsrail Dövlətinin Prezidentinə etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyuram”, - M. Məmmədov sosial şəbəkədə qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm