Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri ilə görüşdü

Qafqaz Müsəlmanları idarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri Səlahəddin Özgündüz və icmanın bir sıra digər nümayəndələri ilə iftar süfrəsində görüşüb.

Bu barədə Publika.az-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı QMİ sədri Türkiyə cəfərilər icmasının fəaliyyəti, icmanın Azərbaycana qardaş münasibət bəslədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu ifadə edərək, buna görə qarşı tərəfə öz minnətdarlığını bildirib.

S.Özgündüz Azərbaycan və bütün Qafqaz müsəlmanlarının lideri Şeyxülislam ilə görüşməkdən şərəf duyduğunu ifadə edib.

Şeyxülislam A.Paşazadə Türkiyə Cəfəri icmasının həyat və fəaliyyəti ilə maraqlanıb, azad olunmuş Qarabağ torpaqlarında mədəni-tarixi irsimizə erməni vandalizminin vəhşicəsinə vurduğu zərər haqqında, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra burada aparılan yenidənqurma və bərpa, xüsusilə də minalardan təmizləmə işlərinin gedişi barədə söz açıb.

QMİ sədri Laçın yolu ilə bağlı gerçəkləri də Türkiyə cəfəri icmasının rəhbərinin nəzərinə çatdırıb.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən, Türkiyə Cəfəri icması nümayəndə heyətinin yaxın zamanda Azərbaycana səfərini müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm