Nida Xəbər
Əkrəm İmamoğlu gizli görüş keçirdi: Canan dəli oldu
Türkiyədə keçirilən seçkinin ardından CHP-də gərginləşən vəziyyət hələ də mülayimləşməyib. Belə ki, dəyişikliklərlə bağlı müzakirələr qızışıb. İBB prezidenti Əkrəm İmamoğlu ilə Kamal Kılıçdaroğlu arasında kreslo savaşı bitmək bilmir.
Publika.az “Sabah”-a istinadən xəbər verir ki, sədr olmaq istəyən İmamoğlu 18 rayonun rəhbəri ilə gizli görüş keçirib. Bunu eşidən CHP vilayət sədri Canan Kaftancıoğlu rəhbərləri görüşə dəvət edib. Onun dəvətinə gəlməyən şəxslər isə işdən çıxarılıb. Görüşü rayon rəhbərlərinin istədiyi iddiası da ortaya atılıb. Lakin bu gizli görüş Canan Kaftancıoğlunu bərk əsəbiləşdirib.

O iki gün sonra Kadıköydə Əkrəm İmamoğlu ilə görüşən şəxsləri bir araya toplayıb. Ancaq CHP Beykoz İlçe rəhbəri Aydın Düzgün həmin toplantıya qatılmayıb. Seyhan Avşarın iddiasına görə, İmamoğlu ilə görüşən, lakin Kaftancıoğlu ilə görüşə getməyən A.Düzgün Kadıköydəki görüşdən günlər sonra işdən çıxarılıb. Kaftancıoğluna yaxın bir şəxs, "3 ildir ki, Düzgünlə bağlı şikayətlər var. İki rayon sədr müavininin şikayəti var. İclas keçirilib və onun işdən çıxarılmasına qərar verilib" deyib. Aydın Düzgün bu iddiaları rədd edib.
Nəzrin
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi










.jpg)












.jpg)













