Nida Xəbər
Rusiya Ruben Vardanyana KÖMƏK EDƏCƏK?

Rusiya qondarma “Dağlıq Qarabağ"ın "dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək.
Publika.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin deyib.
Onun sözlərinə görə, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək, bu onun qərarının nəticəsidir.
“Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, müvafiq olaraq bu addımın bütün hüquqi nəticələri onun seçiminə görədir", - Başkin qeyd edib.
Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

-
İdman02:47
Ronaldonu Tacikistana niyə aparmayıblar?
-
İdman01:09
Azarkeşlərə şad xəbər: "Qarabağ"ın Xankəndidəki oyuna bilet satışı olacaq - VİDEO
-
İdman00:25
"Barsa"ya bəd xəbər: Durumu ağırdır
-
Qoroskop00:14
Günün ULDUZ FALI: kollektiv fəaliyyət üçün əlverişli zamandır
-
İdman4 Dekabr 23:45
FIA prezidenti Bakıya gəldi
-
İdman4 Dekabr 23:23
Qurban Qurbanov: “Hələ ki, heç bir futbolçunun gedişi gözlənilmir”
-
Nida Xəbər 4 Dekabr 22:02
Şuşamız belə qurulur - VİDEO
-
İdman4 Dekabr 21:33
"Qarabağ" növbəti qələbəsini qazandı