Nida Xəbər
Qənirə Paşayeva dəfn olundu - FOTO/VİDEO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva dəfn olunub.
Publika.az xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilir.
Publika.az xəbər verir ki, Heydər Məscidində mərhumla vida mərasimindən onun nəşi İkinci Fəxri xiyabana gətirilib
Hazırda Qənirə Paşayeva Il Fəxri Xiyabanda son mənzilə yola salınır. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.
Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.



.jpg)



-
Hadisə04:04
Çinarə Məlikzadənin anası həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO
-
Magazin203:47
"Onu dünyadakı tək kişi kimi hiss etdirə bilərəm"
-
Qoroskop01:51
Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr
-
Nida Xəbər 01:02
Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə
-
Magazin100:37
Xərçəngə tutulan Sevda Əliqızının son halı - FOTO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: münasibətləri yaxşılaşdırın
-
İdman29 Noyabr 23:40
"Qalatasaray"dan "Mançester"lə matçda möhtəşəm geridönüş - YENİLƏNDİ
-
Nəqliyyat29 Noyabr 23:34
DİQQƏT! Bu yoldan keçənlər 40 manat cərimələnəcək - VİDEO