Nida Xəbər
Hərbçimizin şəhid olması faktı ilə bağlı cinayət işi açıldı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
"Report" xəbər verir ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

-
Hadisə04:04
Çinarə Məlikzadənin anası həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO
-
Magazin203:47
"Onu dünyadakı tək kişi kimi hiss etdirə bilərəm"
-
Qoroskop01:51
Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr
-
Nida Xəbər 01:02
Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə
-
Magazin100:37
Xərçəngə tutulan Sevda Əliqızının son halı - FOTO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: münasibətləri yaxşılaşdırın
-
İdman29 Noyabr 23:40
"Qalatasaray"dan "Mançester"lə matçda möhtəşəm geridönüş - YENİLƏNDİ
-
Nəqliyyat29 Noyabr 23:34
DİQQƏT! Bu yoldan keçənlər 40 manat cərimələnəcək - VİDEO