Nida Xəbər
“Heydər Əliyev: Azərbaycan-Britaniya münasibətləri” İngiltərə mediasında - FOTO
Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev: Azərbaycan-Britaniya münasibətləri” sərlövhəli məqaləsi İngiltərənin populyar saytlarında yayımlanıb.
Avropatimes.com və eurovizyon.co.uk saytlarında yer alan məqalədə Ulu Öndərin Azərbaycan-Britaniya münasibətlərinin qurulması, iqtisadi əlaqələrin inkişafında göstərdiyi xidmətlərdən söz açılır.
Daha sonra isə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanla Britaniya arasındakı münasibətlərin dərinləşməsi, Qarabağın işğalı dövründəki tarixi anlardan, Britaniyanın Azərbaycana olan münasibətindən, ümummilli liderin Britaniya sənayeçilərinin qarşısındakı çıxışdan və digər məsələlərdən bəhs edilir.
Məqalədə həmçinin 1995-ci il 28 noyabr tarixdə Heydər Əliyevin Adam Smit İnstitutunun təşkil olunan etdiyi "Azərbaycanda investisiya imkanları" mövzusunda konfransda iştirak etməsi, Birləşmiş Krallığa işgüzar səfər edərək bir sıra mühüm görüşlər keçirməsi haqqında məlumat verilir. Konfransın gedişində Azərbaycan-Böyük Britaniya Ticarət-Sənaye Şurasının yaradılması haqqında Memorandum imzalanmasından danışılır. Bundan başqa, ümummilli lider tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın müxtəlif dönəmlərdə Böyük Britaniyaya səfərlər etməsi haqqında məlumat verilir.
Məqalədə bu gün ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdırılması, Britaniyanın Azərbaycanın haqq davasında siyasi dəstəyini əsirgəməməsi və xüsusilə Fransanın Azərbaycana qrəzli münasibəti qeyd edilir. Məhz Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı olan addıma veto qoyması önə çəkilir. Həmçinin əlavə edilir ki, bu gün həm Azərbaycan, həm də qardaş Türkiyənin Britaniya ilə sıx əlaqələrinin olması ölkələrimizin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə xidmət edir.
https://www.avrupatimes.com/m/politics/azerbaijan-british-relations-heydar-aliyev-h11809.html
https://www.eurovizyon.co.uk/dunya/heydar-aliyev-azerbaijan-british-relations-h81634.html?fbclid=IwAR2UOfZg81uSnJmFi-8U5gGJSXLwm4u4mlAUlT-crE3TPrgNn3H4E1GyogU
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ