Nida Xəbər
Romanenko heyrətləndi: Bakı bunu necə bacardı?
Ukraynalı jurnalist Yuri Romanenko Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpasında əldə olunan uğurlardan heyran olduğunu bildirib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, Romanenko müəllifi olduğu Yutub kanalının efirində Ukraynanın Azərbaycan təcrübəsindən dərs çıxara biləcəyi fikrini bölüşüb.
“Mən Füzuli Hava Limanında olanda onların infrastrukturu necə qurduqlarını, hər şeyin necə sürətlə getdiyini görəndə, sovet “qələmindən” çıxan bir ölkənin necə güc və rasional yanaşma tapmasından heyrətləndim", - ukraynalı jurnalist qeyd edib.
O, Azərbaycanın uğurunu təmin edən əsas amilləri qeyd edib: hərbi əməliyyatlar başlamazdan əvvəl əlverişli beynəlxalq əlaqələrin yaradılması, ordunun yenidən silahlanması, Türkiyə və İsraillə münasibətlərin qurulması, həmçinin strateji kompromislər... O, həmçinin 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətini qeyd edib: "Bu, sonrakı münaqişənin nəticəsini əvvəlcədən müəyyən etdi".
“Azərbaycanın gördüyü iş bizim baxmalı və öyrənməli olduğumuz bir modeldir”, - deyən Romanenko əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyəti xüsusi diqqətə layiqdir və ölkə tarixinə Ulu öndərin fəaliyyəti kimi yazılacaqdır.
-
ABŞ16:08ABŞ-da faciə - Turnirə gedən klubun oyunçuları qəzada öldü
-
MDB16:00Peskovdan xəbərdarlıq - Kiyevin Rusiyaya hücumları bütün dünyaya zərər verə bilər
-
Region15:43İranda etirazçıların edamı davam edir - 28 yaşlı gənc asıldı(FOTO)
-
ABŞ15:35Trampın reytinqi rekord səviyyədə aşağı düşdü - İran amilinə görə?
-
İqtisadi gündəm14:05Mövsümündən əvvəl satılan meyvələrin qiyməti əl yandırır - VİDEO
-
Magazin213:57Bikinidə foto paylaşan supermodel gündəm oldu - FOTO
-
Magazin213:49Ergin yeni serialda
-
Ekologiya13:0224 dərəcə isti olacaq - Hava proqnozu











.jpg)



















.png)

.jpg)






