Nida Xəbər
Bakının dostları İrəvanla niyə əlaqə qurur?

Burada əsas məqsəd İrəvanın iradəsi və ya marağı deyil. Həmin ölkələr özü Ermənistanla diplomatik əlaqələri bərpa etməyə meyillidir. Sentyabr ayındakı antiterror tədbirlərindən sonra bu, daha real olub.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Qarabağın Ermənistan tərəfindən işğal altında olduğu zaman onunla diplomatik əlaqələri kəsən ölkələrin İrəvanla münasibət yaratmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana dost olan ölkələr regionda yaranacaq yeni layihələrdən kənarda qalmaq istəmir:
“Yəni, Azərbaycan öz məsələsini həll etdikdən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Tranzit infrastruktur layihələri gerçəkləşdirilir. Bizə dəstək verən ölkələr - Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və s. də sözsüz ki, bu layihələrdə iştirak etməlidir. Layihələrin bir hissəsinin Ermənistan üzərindən keçməsi gözlənilir. Ona görə, həmin ölkələrin, əslində Ermənistanla münasibətlərinin normallaşdırması da təbii bir prosesdir”.
Rizvan Hüseynov bildirib ki, rəsmi Bakı prosesləri nəzarətdə saxlamağa çalışacaq:
“Bu, o demək deyil ki, proses rəsmi Bakının nəzarətindən çıxacaq. Sözsüz ki, bizi dəstəkləyən ölkələr bizim mövqeyimizi nəzərə alacaq. Bu proses Azərbaycanın regional və dövlət maraqlarını təmin etməyin üzərindən gedəcək. Əslində, faydalı prosesdir. Biz çalışmalıyıq ki, Ermənistanın aqressiv ritorikasını neytrallaşdıraq. Bunun üçün ona qıraqdan dəstək verən ölkələri neytrallaşdırmaq lazımdır. Bunun da ən gözəl yolu Ermənistanı regional layihələrin bir parçası etməkdir. Bu məsələdə həm Azərbaycan, həm bizə yaxın olan ölkələr bu istiqamətdə fəaliyyətini gücləndirəcək”.

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ