Rumıniya ilə ticarət dövriyyəsi 700 milyon dollar təşkil edir
Bizi izləyin

Nida Xəbər

Rumıniya ilə ticarət dövriyyəsi 700 milyon dollar təşkil edir

Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib.

Publika.az xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib.

Səfir bildirib ki, Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla çalışır:

"Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq mövcuddur. 2023-cü il 1 aprel tarixindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükü üzrə ilk müqavilə həyata keçirilir. Eləcə də Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Ruminiyaya mayeləşdirilmiş təbii qazın nəqli layihəsi mövcuddur".

V.Soare əlavə edib ki, 2022-2023-cü illərdə Bakı və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm