Mirzoyan həyasızlığı: Yenə Azərbaycanı ittiham etdi
Bizi izləyin

Nida Xəbər

Mirzoyan həyasızlığı: Yenə Azərbaycanı ittiham etdi

Dekabrın 1-də Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Ermənistan və ATƏT arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. ATƏT-in regional təhlükəsizlik məsələləri üzrə ən böyük təşkilat olaraq qalmasına toxunan Mirzoyan vurğulayıb ki, o, öz mandatını yerinə yetirməyi bacarmalı və təşkilatın bütün ərazisində çevik reaksiya mexanizmlərinin bərabər şəkildə tətbiqini təmin etməlidir.

Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan erməni nazir ənənsinə, erməni xislətinə uyğun olaraq, yenə də Azərbaycanı ittiham edib. Bildirib ki, Azərbaycan ATƏT-in Helsinki Yekun Aktının fundamental prinsiplərini pozur, beynəlxalq vasitəçilərin səylərini təhlükə altına alır və regionda sabitliyin yaradılmasına mane olur.

O qeyd edib ki, cəzasızlıq şəraitində baş verən bu cür pozuntular güc tətbiqi və ya təhdidini təşviq edir və beynəlxalq ictimaiyyət mövcud çağırışların aradan qaldırılması üçün səylərini ikiqat artırmalıdır.

Ararat Mirzoyan vurğulayıb ki, Ermənistan Azərbaycanla münasibətlərin beynəlxalq səviyyədə tanınmış prinsiplər əsasında həllinə sadiqdir, lakin müsbət irəliləyiş əldə etmək üçün regionun bütün dövlətlərinin sülh gündəliyinin həyata keçirilməsində bərabər dərəcədə səmimi iştirak etməsi vacibdir. Erməni nazir bu kontekstdə Paşinyanın mənasız "Dünyanın kəsişməsi" proqramını da təqdim edərək iddia edib ki, guya bu layihənin faydalarından təkcə Cənubi Qafqaz ölkələri deyil, daha geniş region ölkələri də yararlana bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm