Nida Xəbər
Əli Əsədov Dubay əmirinə məktub göndərdi
Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Əli Əsədovun dekabrın 2-də Müstəqillik Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubunda deyilir.
Məktubda bildirilib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir:
“Bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır”.
Məktubda, həmçinin Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
-
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
-
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
-
Magazin202:12Bu da Ancelina Colinin qızı - FOTO
-
ABŞ01:41ABŞ Ay yarışında Çinə uduza bilər





































