Hadisə
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - Foto
Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.
Faktlarla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK


































