Nida Xəbər
Fransa Ermənistanı silahlandırmaqda davam edir
Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.
Publika.az xəbər verir ki, siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.
Qeyd olunur ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.
Oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.
Qeyd edək ki, Fransa və Ermənistan müdafiə nazirləri “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
-
Hadisə08:40
Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər öldü, 4-ü xəsarət aldı - FOTO / VİDEO (YENİLƏNDİ)
-
Magazin108:24
Azərbaycanlı müğənni rəqsi ilə gündəm oldu - VİDEO
-
İdman04:44
"Uşağı itirmək, sonra onun oyuncaqlarına baxmaq ağrıdır" - Faciəni xatırladı
-
Magazin103:43
Oğlunun sürprizi Elçini kövrəltdi - VİDEO
-
İKT00:45
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü “Google"da - FOTO
-
Hadisə00:30
Xəzərdəki ardıcıl zəlzələlər təhlükənin xəbərçisidir? - Qurban Yetirmişli açıqladı / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onlar sizə zərər verə və nüfuzunuzu korlaya bilərlər
-
Nida Təhlil 17 Oktyabr 23:12
Sabiq nazir sülh müqaviləsindən DANIŞDI: "COP29 zamanı..."